[b]“Ağabaladan razı qala bilmərik” – Qurban Qurbanov[/b]
15.01.2017 - 22:58
[b]“Ağabaladan razı qala bilmərik” – Qurban Qurbanov[/b]

“Pis oyun alınmadı, çatışmayan cəhətlər var idi. Hazırda fiziki hazırlıqlar çox önəmlidi. Burada hər bir rəqiblə oyunlarımızda 1-2 günün çox önəmi var, çünki ola bilər ki, futbolçular fiziki yükləmələrlə meydana çıxsın, rəqib isə daha rahat olsun”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Antalyada hazırlıqları davam etdirən ağdamlılar hazırlıq matçında “Şkenderbeu” ilə qarşılaşıb. Matç “Qarabağ”ın minimalhesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyundan sonra Qurbanov fikirlərini klub saytı ilə bölüşüb: “Albaniyada çempionat bizdən bir həftə əvvəl başlayır, buna görə də onlar indi daha hazırlıqlı və yaxşı formadadırlar. Hər iki hissədə oyun intizamı yaxşıydı, texniki səhvlərin olması isə normaldır. Futbolçularımda daha çox konsentrasiya gördüm. Qarşıda hələ yoxlama matçlarımız var, çalışacağıq ki, oyundan-oyuna səhvlərimizi aradan qaldıraq və daha yaxşı oyun göstərək. İkinci hissə daha maraqlı alındı, ilk hissəyə nisbətən açıq oyun getdi. İlk hissə bir az qapalı keçdi, komandam hücum qurmaqda daha çox düşünürdü.

 

Ağabala Ramazanovun oyununa gəlincə, ilk dəqiqələrdən hiss olunurdu ki, bir az həyəcanlıydı. Bir neçə top itkiləri oldu. Ağabala Ramazanov hər zaman meydanda öz əzmkarlığı, aqressivliyi ilə seçilən futbolçudur. Hal-hazırda biz Ağabaladan tam razı qala bilmərik və istədiyimiz oyunu tələb edə bilmərik, çünki hələ komandaya yeni qoşulub. Yeni gələn futbolçunun ilk oyunda qol vurması onun komandaya daha tez uyğunlaşmasına kömək edir”.

 

0