[b]Təbriz Həsənov da qələbə görərmiş...[/b]
16.01.2017 - 10:17
[b]Təbriz Həsənov da qələbə görərmiş...[/b]

Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən Azərbaycan millisi qələbə həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, 9-16-cı yerlər uğrunda görüşdə İrana 1:0 hesabı ilə qalıb gələn komandamız 5 oyunluq seriyanı qırıb.

 

Belə ki, Təbriz Həsənovun yetirmələri ardıcıl 5 matç idi meydanı məyus tərk edirdi. Düzdü, bu 5 qarşılaşmada 4 məğlubiyyət alan futbolçularımız 1 heç-heçə edib. Həmin bərabərliyin isə heç də sevinc bəxş etdiyini saymaq olmaz.

 

Ötən il də Həsənovun rəhbərliyi altında Sankt-Peterburqa yollanan komandamız 2016-cı il yanvarın 6-da Bolqarıstanı 2 cavabsız qolla məğlub edib. Bu, qrup mərhələsinin II turunda qeydə alınıb.

 

375 gün öncə yaşanan uğurdan sonra Sloveniyaya 0:4, Belarusa 1:2 hesabı ilə uduzan komandamız həmin yarışı 8-ci olub.

 

Yığmamız həmin uğursuzluqları bu il də qrupda davam etdirib. Litvaya 1:2 hesabı ilə yenildikdən sonra Qazaxıstandan 1 xal qoparan (2:2) yığmamız Slovakiyaya da uduzmuşdu – 0:1.

 

Qeyd edək ki, ötən il turnirə U-17 ilə təmsil olunan Azərbaycan bu dəfə U-19-la qatılıb.

 

0