[b]“Neftçi”nin sonuncu rəqibi də müəyyənləşdi[/b]
16.01.2017 - 10:36
[b]“Neftçi”nin sonuncu rəqibi də müəyyənləşdi[/b]

Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin daha bir sparrinq rəqibi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar” Türkiyədə sonuncu yoxlama görüşlərini Rumıniya klubuna qarşı keçirəcəklər.

 

Belə ki, Elxan Abdullayevin komandası yanvarın 19-da “Konkordia Kyajna” klubu ilə üz-üzə gələcək. Məlumat rumın klubunun rəsmi saytında yer alıb.

 

Ötən mövsüm Rumıniya çempionatını 11-ci pillədə başa çatdıran Kyajna təmsilçisi cari mövsümdə 21 turdan sonra 12-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Türkiyə toplanışında bu vaxta qədər 2 oyun keçirmiş “Neftçi” “Sivasspor”la heç-heçə (0:0) edib, Özbəkistanın “Nasaf” (0:1) və Albaniyanın “Kukesi” (2:4) klubuna isə məğlub olub.  

0