[b]Ulduz axınına sərt reaksiya: Legioner limiti dəyişdirildi[/b]
16.01.2017 - 13:15
[b]Ulduz axınına sərt reaksiya: Legioner limiti dəyişdirildi[/b]

Futbol ulduzlarının Çinə axını bu ölkədə legioner limitinə yenidən baxılmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, futbol federasiyası bu üzdən limiti daha da sərtləşdirib.

 

Yeni qaydaya əsasən, Çin klubları meydana yalnız 3 legioner buraxa biləcək. Hərçənd bunadək limit 4-ə bərabər idi. Bundan başqa hər komandanın heyətində 23 yaşadək olan yerli futbolçu da meydana çıxmalıdı.

 

Limitin sərtləşdirilməsi neçə vaxtdı gündəmdə olsa da yerli federasiya qərarını yeni açıqlayıb. Bu yenilik martın 4-də start götürəcək Superliqanın yeni mövsümündə qüvvəyə minəcək.

 

 

0