[b]Yığmamızın sabiq futbolçusu Ukraynada məşqçi işləyəcək - FOTO[/b]
16.01.2017 - 14:57
[b]Yığmamızın sabiq futbolçusu Ukraynada məşqçi işləyəcək - FOTO[/b]

Azərbaycan millisinin sabiq futbolçusu Vladimir Poşexontsev özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 47 yaşlı futbol veteranı Ukraynanın “Vradievka” klubunda çalışacaq.

 

O, bu komandada baş məşqçi Vyaçeslav Yeremeyevin köməkçisi olacaq. “Vradievka” Nikolayev vilayətində son 2 mövsümün qalibi olsa da, həvəskarlar arasında ölkə çempionatındakı uğursuz çıxışı baş məşqçi dəyişikliyi ilə nəticələnib. Vyaçeslav Mazaratini istefaya göndərən komanda rəhbərliyi Poşexontsevlə Yeremeyevə üstünlük verib.

 

Qeyd edək ki, Azərbaycan millisində 5 oyun keçirən Poşexontsev məşqçi kimi “Real Farma”, “Krivbass”ın əvəzedici komandası və “Çernomorets” UGİM-ində çalışıb.

0