[b]Avtoqol müəllifi: Ən yaxşı oyunlarımdan idi[/b]
16.01.2017 - 15:50
[b]Avtoqol müəllifi: Ən yaxşı oyunlarımdan idi[/b]

“Biz qalib gələndə bunu bütün komandanın uğuru sayırıq. Məğlubiyyət də ümumi kollektivin passivinə yazılır”. Apasport.az saytının məlumatına görə, bunu “Real”ın kapitanı Serxio Ramos yerli mətbuata açıqlamasında deyib.

 

Ulduz futbolçu La Liqanın XVIII turunda “Sevilya” ilə keçirilən səfər qarşılaşmasını dəyərləndirib. 31 yaşlı müdafiəçi komandası hesabda öndə ikən avtoqol müəllifi olmasına çox da üzülmür. Ramos matçın onun üçün uğurlu keçdiyini düşünür: “Avtoqol oyunun sadəcə, bir epizodudu. Bu, “Real”ın heyətində keçirdiyim ən yaxşı oyunlardan biri idi”.

 

Son dəqiqələrdə 2 qol buraxaraq (1:2) məğlub olan “kral klubu”nun həm də 40 oyunluq uğurlu seriyasına son qoyulub. Baş məşqçi Zinəddin Zidanın tətbiq etdiyi 3-5-2 taktiki sxeminə də toxunan Ramos eyni zamanda Əndəlüs səfərindən söz açıb: “Heç kim günahkar axtarmasın. Bir məğlubiyyətə görə üzr istəməyə ehtiyac yoxdu. 3-5-2 sxeminin bizim üçün yaxşı seçim olduğunu düşünürəm. Əgər qalib gəlsəydik, indi fərqli təhlillər veriləcəkdi. Onu da nəzərə alaq ki, “Sevilya”nın meydanında oynamaq çox çətindi. Əsas odu ki, çempionatda liderliyi davam etdiririk”.

 

Qeyd edək ki, dünənki qarşılaşmada Kriştianu Ronaldo 67-ci dəqiqədə penaltidən hesabı açsa da, 85-ci dəqiqədə Serxio Ramosun avtoqolu və son saniyələrdə Stevan Yovetiçin qolu “Sevilya”nı qələbəyə daşıyıb.

0