[b]“Skenderbeu”nun baş məşqçisi "Qarabağ"la oyundan danışdı[/b]
16.01.2017 - 17:49
[b]“Skenderbeu”nun baş məşqçisi "Qarabağ"la oyundan danışdı[/b]

“Qarabağ”la qarşılaşma müəyyən müsbət məqamları ortaya qoydu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi İlir Daya deyib.

 

Alban mütəxəssis Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində keçirilən “Qarabağ”la görüşü şərh edib. Daya 0:1 hesablı məğlubiyyətdə də müəyyən məqamlarla təsəlli tapıb: “Düzdü, bu matçda məğlub olduq. Amma görüşdən məmnun qaldım. Xüsusilə də məni o sevindirdi ki, fiziki cəhətdən problem yaşamadıq. Hesab edirəm ki, Salihinin 100 faiz hazır olmasından sonra gücümüz daha da artacaq. Bu, meydanın mərkəzində xətdə effektliliyin səviyyəsini qaldıracaq”.

 

Qeyd edək ki, ilk yoxlama oyununda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edən “Skenderbeu” ikinci sınağında “Qarabağ”a uduzub – 0:1.

0