Premyer Liqa klubu I divizion təmsilçisi ilə bacarmadı
17.01.2017 - 16:53
Premyer Liqa klubu I divizion təmsilçisi ilə bacarmadı

Bakıda hazırlığı davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” MOİK-lə qarşılaşıblar.

 

I divizion klubu ilə görüş qolsuz bərabərliklə yekunlaşıb. MOİK-ə qarşı oyunda Gəncə təmsilçisinin ilk “11-liy”i belə olub: Davud Kərimi, Şəhriyar Əliyev, Qaraxan Əliyev, Novruz Məmmədov, Yusif Cəfərov, Elcan Rəhimov, Tural Rzayev, Əli Səmədov, Emin Zamanov, Fərid Məmmədov, Tural Qürbətov.

0