[b]Azarkeşlər dağdan baxıb, Ramil Şeydayevi görmədilər - FOTO[/b]
18.01.2017 - 17:03
[b]Azarkeşlər dağdan baxıb, Ramil Şeydayevi görmədilər - FOTO[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” Türkiyə kubokunda növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Qara dəniz təmsilçisi qrup mərhələsinin V turunda “Gümüşhanespor”un qonağı olub.

 

Dağlar arasında yerləşən “Gümüşhane Yenişəhər” stadionunda baş tutan qarşılaşmaya həmyerlimiz ehtiyat oyunçular skamyasından başlayıb. Az öncə başa çatan və 0:0 hesabı ilə nəticələnən matçda baş məşqçi Ərsun Yanal ona ehtiyac duymayıb.

 

Aşağı liqa təmsilçisini dəstəkləmək üçün yerli azarkeşlər stadionun tribunalarını doldurublar. Bir neçə azarkeş isə stadionun yanında olan dağın təpəsinə çıxaraq, görüşə ordan tamaşa edib.

 

Qeyd edək ki, sona bir tur qalmış “Trabzonspor” H qrupunda 6 xalla 3-cü pillədə qərarlaşır. Lider “Konyaspor” (11 xal) növbəti mərhələyə vəsiqəni rəsmiləşdiribsə, ikinci sıradakı “Gümüşhanespor”un aktivində 8 xal var.

0