[b]“Dəniz Yılmazın sayəsində onu qazandıq” – baş məşqçi[/b]
18.01.2017 - 17:39
[b]“Dəniz Yılmazın sayəsində onu qazandıq” – baş məşqçi[/b]

“Dəniz Yılmazın bu qədər tənqid olunmasına üzüldüm. Çünki buna layiq deyil”. Apasport.az saytının məlumatına görə, bunu “Bursaspor”un baş məşqçisi Hamza Hamzoğlu deyib.

 

Türkiyə kubokunun qrup mərhələsində “Akhisar”a böyük hesabla (1:4) məğlub olan bursalıların təsəlli qoluna Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz imza atıb. Buna baxmayaraq, yerli azarkeşlər bu məğlubiyyətin əsas səbəbkarlarından biri kimi məhz onu göstəriblər.
 

Hamzaoğlu yerli mətbuata müsahibəsi zamanı bu məsələyə də toxunub. O, hücumçunun tənqidə layiq oynamadığını söyləyib: “Dəniz Yılmazı cinahda oynatmağımızın səbəbi Kubilay Kanatsızkuşu qazanmaq idi. Dəniz fədakarlıq edir, öz mövqeyində oynamır. Bunun sayəsində də Kubilayı qazandığımızı düşünürəm. Məhz bundan sonra Kubilay komandanın önəmli simalarından birinə çevrildi. O da bu rəqabətə daxil oldu. Artıq hər kəs komandaya xeyir verməyə çalışacaq. Dəniz meydanda olduğu müddətdə əlindən gələni edir. “Akhisar”la görüşdə zəif oynayan o deyildi, komanda şəklində zəif idik. Məncə, şəxsləri hədəf seçmək heç də doğru deyil”.

 

Qeyd edək ki, qrup mərhələsinin ilk 5 turunda 5 xal toplayan “Bursaspor” son tur öncəsi 3-cü pillədə qərarlaşır.

0