Ronaldonun 24-cü açılışı
18.01.2017 - 23:05
Ronaldonun 24-cü açılışı

Əfsanəvi braziliyalı futbolçu Ronaldo yeni futbol akademiyasının açılışını edib. Apasport.az saytının məlumatına görə, “yekədiş” bu dəfə Honqkonqdakı gənclər üçün futbol məktəbi yaradıb.

 

Akademiya artıq bu həftənin sonundan etibarən tam gücü ilə fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, bu, Ronaldonun karyerasını bitirdikdən sonra 24-cü belə təşəbbüsüdür. Fenomen bu məktəblərin böyük hissəsini vətəni Braziliyada açıb. 

0