“Tottenhem”in gənc ulduzu Delle Alli qəribə hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, son günlər gündəmdəki oyunçulardan biri olan Allinin 2 milyon funt-sterlinqə aldığı villa başına bəla olub.
İçində idman salonundan şərab zirzəmisinə, film mərkəzindən qolf meydanlarına qədər bir çox detalın olduğu ev üçün milyonlar ödəyən oyunçu malikanənin yerləşdiyi ərazinin fərqli atmosferinə görə çətin vəziyyətdə qalıb.
Sevgilisi Rubi Mae ilə birlikdə Londonun Hertofrdşayr bölgəsinə rahat həyat yaşamaq üçün köçən Alli seksual orgiyalar təşkil olunan bir evlə qonşu olduğunundan xəbərsiz olub.
Gündüz səssiz olan bölgədə gecə qəribə geyimli adamların görünməsindən narahat olan futbolçu evdə keçmiş komanda yoldaşı Harri Hikford ilə birlikdə yaşayır.
Britaniya mətbuatında Delle Allinin sevgilisi Maenin bu məsələ ilə bağlı nə qərar verəcəyini çox maraqla gözlənilir.