[b]“Fənərbaxça” prezidenti sui-qəsdlə hədələnir[/b]
20.01.2017 - 20:10
[b]“Fənərbaxça” prezidenti sui-qəsdlə hədələnir[/b]

“Fənərbaxça” prezidenti Aziz Yıldırım sui-qəsdlə hədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

 

Bildirilib ki, Yıldırıma bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib. O isə bu xəbərdarlıqdan nəticə çıxararaq bəzi tədbirlər görüb. Hətta ölkə mətbuatı iddia edir ki, klub prezidenti bir aydır zirehli avtomobildə gəzir.

 

Ona dövlət tərəfindən rəsmi qorumalar da təyin edilib. 

0