[b]Rikardo Kuarejmadan 3 illik müqavilə[/b]
21.01.2017 - 12:40
[b]Rikardo Kuarejmadan 3 illik müqavilə[/b]

“Beşiktaş”ın yarımmüdafiəçisi Rikardo Kuarejma karyerasını davam etdirəcəyi klubun adını dəqiqləşdirib. Apasport.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu Çindən gələn təkliflərə baxmayaraq, hazırkı komandasında qalmağı qərara alıb.

 

O, cari mövsümün sonuna qədər olan müqavilə müddətini 2020-ci ilə qədər uzadıb. “Beşiktaş” onun maaşında endirim etməsini istəsə də, oyunçu buna razılıq verməyib. Anlaşmaya əsasən, 34 yaşlı futbolçunun ilk mövsümdə illik məvacibi 1,6 milyon, digər iki mövsümdə isə (30 oyunda iştirak edərsə) 1,8 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki,  Rikardo Kuarejma cari mövsüm meydana çıxdığı 24 matçda 4 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

0