[b]“Hazır deyilik” – Qurban Qurbanov[/b]
22.01.2017 - 21:49
[b]“Hazır deyilik” – Qurban Qurbanov[/b]

“Hər iki oyundan razı qaldım. Futbolçular son ana qədər vuruşdular, mübarizə apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Antalyadakı hazırlıq müddətində son iki sınağına çıxan ağdamlılar “Atırau” və “Termalik”a ilə qarşılaşıblar. Azərbaycan çempionu müvafiq olaraq Qazaxıstan təmsilçisinə məğlub olsa da, Polşa klubuna qalib gəlib.

 

Təcrübəli çalışdırıcı oyundan sonra fikirlərini açıqlayıb: “Ümumiyyətlə, təlim-məşq toplanışından razı qaldım, hər bir futbolçu öz işinə ciddi yanaşdı, yaxşı hazırlaşdıq. Hələ tam olaraq hazır deyilik, bir neçə tur sonra komanda tam hazır olacaq. Çalışdıq ki, bu toplanışı maksimum şəkildə yaxşı dəyərləndirək".

0