[b]Ekklstoun “Formula-1”ə alternativ yarış yaradır[/b]
26.01.2017 - 18:12
[b]Ekklstoun “Formula-1”ə alternativ yarış yaradır[/b]

“Formula-1”in sabiq prezidenti Berni Ekklstoun bu yarışa alternativ turnir yaratmaq niyyətindədi. Apasport.az saytının məlumatına görə, bunu BBC-nin tanınmış jurnalisti Endryu Benson açıqlayıb.

 

O, tvitter səhifəsinə yazıb ki, 86 yaşlı britaniyalı avtoyürüşlərə olan sevgisindən ən çəkmək niyyətində deyil: “Etirbarlı mənbələrdən aldığın məlumata görə, 2019-cu ildə başlayacaq seriya ilə Ekklstoun “Liberti Media” ilə mübarizə aparacaq”.

 

Qeyd edək ki, Ekklstoun 40 “Formula-1”ə rəhbərlik edib. O, yanvarın 23-də postundan ayrılıb. Ekklstounu milyarder Con Melounun malik olduğu “Liberti Media” istefaya göndərib. Bu şirkət də “Formula-1”in yeni sahibidi.  

0