“Qarabağ”ın ayrılan Reynaldonun “Adanaspor”a keçidi rəsmiləşib. Apasport.az-ın “turuncuların” saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.
İmzalanma mərasimindən sonra açıqlama verən braziliyalı fikirlərini bildirib: “Adanaspor”da olduğum üçün xoşbəxtəm. Uzun illər Azərbaycanda yaşamışam. Türkiyə mənə yad deyil. İkisi də qardaş ölkədir. Burada yaxşı işlər görməyə gəlmişəm. Klub prezidenti Bayram Akgül və bu transferdə əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Türkiyə mətbuatında yer alan məlumatlara görə, Reynaldo "Adanaspor"da 2.5 ilə 455 min avro, təxminən 1 milyon manat qazanacaq.
Qeyd edək ki, Reynaldo 2013-cü ildən bəri “Qarabağ”ın formasını geyinib.