[b]Odina Bayramovanın komandası mövqeyini yaxşılaşdırdı[/b]
30.01.2017 - 09:38
[b]Odina Bayramovanın komandası mövqeyini yaxşılaşdırdı[/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında XIV turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Klub İtalia”nı qəbul edib.

 

Təmsilçimizin komandası qarşılaşmanı qələbə ilə başa vurub. “Firenze” tay-brekdə rəqibindən üstün olub – 3:2 (25:20, 19:25, 25:17, 15:25, 15:13).

 

Bayramova oyunda 10 dəqiq zərbə ilə fərqlənib.

 

Bu qələbə “Firenze”nin turnir cədvəlində 9-cu yerə yüksəldib. Onlar 14 oyundan 14 xal toplayıblar.

0