[b]“Olimpiakos”un avrokubok oyunu azərbaycanlı hakimə tapşırıldı[/b]
31.01.2017 - 11:36
[b]“Olimpiakos”un avrokubok oyunu azərbaycanlı hakimə tapşırıldı[/b]

Avropa Voleybol Konfederasiyası azərbaycanlı referi Zaur Hacıyevə növbəti dəfə təyinat göstərib. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”ın 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Olimpiakos” (Yunanıstan) – “Çanakkale Bld” (Türkiyə) klublarının duelində ədaləti həmyerlimiz qoruyacaq.

 

O, Pireydə baş tutacaq görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Fevralın 7-də olacaq oyunda əsas referilik albaniyalı İqli Feştiyə tapşırılıb.

 

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Yana Kulanın heyətində yer aldığı “Çanakkale Bld” Türkiyədə keçirilən ilk matçda 2:3 hesabı ilə uduzub. 

0