[b]“Fiziki vəziyyətimiz qələbə qazanmağa imkan vermədi” - FOTO[/b]
03.02.2017 - 22:26
[b]“Fiziki vəziyyətimiz qələbə qazanmağa imkan vermədi” - FOTO[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl”lə qarşılaşan “Telekom” 3:2 hesablı qələbəyə sevinib.

 

Oyundan sonra hər iki komandanın baş məşqçisi matç haqqında fikirlərini bölüşüblər:

 

Famil Ağayev (“Azərreyl”): “Fiziki vəziyyətimiz imkan vermədi ki, qələbə qazanaq. Demək olar ki, hər setdə biz hesabda geridəydik. Çox güc sərf elədik”.

 

Zoran Qayiç (“Telekom”): “Blokda yaxşı oynadıq. Bir neçə vacib xalları məhz blokda qazandıq. Bu da yekun nəticəyə öz təsirini göstərdi. Bu gün bir-birinə qarşı iki güclü komanda oynayırdı”.

0