[b]Azərbaycan çempionunun oyunu Kristian Volfa tapşırıldı[/b]
06.02.2017 - 16:46
[b]Azərbaycan çempionunun oyunu Kristian Volfa tapşırıldı[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında qüvvəsini sınayan “Azərreyl”in “Sen-Rafael”lə oyununun hakimlərinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunu Fransa klubu ilə oyuna Kristian Volf çıxaracaq.

 

III tur çərçivəsində “Azərreyl” Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşmada ikinci referi funksiyasını İqor Porvaznik (Slovakiya) yerinə yetirəcək.

 

Qeyd edək ki, fevralın 9-da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

0