[b]Azərbaycan taekvondoçusu Türkiyədə çempion oldu[/b]
14.02.2017 - 09:53
[b]Azərbaycan taekvondoçusu Türkiyədə çempion oldu[/b]

Antalyada taekvondo üzrə G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günü böyüklərin mübarizəsinə start verilib.

 

Yeniyetmə və gənclərin duelində 7 (1-3-3) medal qazanan Azərbaycan millisi mükafatlarının sırasına daha ikisini əlavə edib. Belə ki, Reza Mehmandostun yetirmələrindən Mikayıl Əliyev (54 kq) yarışın bürünc medalına yiyələnib.

 

68 kq çəki dərəcəsində dayanq üzrərinə çıxan Sina Bəhrami isə rəqib tanımayıb. Bütün görüşlərini qələbə ilə bitirən təmsilçimiz “Turkish Open”in qalibi adına yiyələnib.

 

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.

 

0