[b]“Qəbələ”: adaşlar “Qarabağ”la oyuna hazırdı[/b]
16.02.2017 - 12:07
[b]“Qəbələ”: adaşlar “Qarabağ”la oyuna hazırdı[/b]

Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la prinsipial görüşə çıxacaq “Qəbələ”nin heyətində iki futbolçu sıraya dönüb. Klubdan apasport.az saytına verilən məlumata görə, söhbət adaşlar – Rəşad Sadiqov və Rəşad Eyubovdan gedir.

 

Sadiqov belində ağrı hiss etdiyi üçün ötən tur “Zirə” ilə matçda komandasına kömək edə bilməmişdi. Lakin təcrübəli yarımmüdafiəçinin vəziyyəti artıq düzəlib. Həkimlər Rəşadın kollektivlə birgə məşqlərdə iştirak etməsinə icazə veriblər. Nəticədə 33 yaşlı futbolçu dünəndən etibarən komandasının hazırlıq prosesinə qatılıb. Sadiqovun “Qarabağ”a qarşı oynayıb-oynamayacağına baş məşqçi Roman Qriqorçuk qərar verəcək.

 

Uzun müddətdi zədəli olan və bu səbəbdən son oyunlarda yaşıl meydanlardan uzaq qalan Rəşad Eyubov da sıraya dönüb. Zədəsini tam sağaldan futbolçu kollektivlə birgə məşqlərdə iştirak edir. Eyubovun “Qarabağ”la matçda iştirakı üçün problem qalmayıb.

 

Qeyd edək ki, “Qəbələ”nin heyətində Rafael Santos, Vitali Vernidub, Rasim Ramaldanov, Asif Məmmədov və Elvin Camalov “Qarabağ”la oyunu buraxacaq.

0