[b]Kapitanın vida matçı arzusu[/b]
16.02.2017 - 20:45
[b]Kapitanın vida matçı arzusu[/b]

Rəşad Sadıqov vida matçı keçirmək istəyir. Apasport.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.

 

“CBC Sport” telekanalında yayımlanan “3-cü hissə” proqramına qonaq olan millinin kapitanı bu barədə sualı cavablandırarkən belə fikri olduğunu, ancaq tam qərar vermədiyini deyib: “Əslində bu barədə danışmaq hələ tezdir, ancaq söhbət açılıbsa, deyim. Vida matçı keçirmək fikrim var. Bir neçə variant üzərində düşünürük. Ya “Neftçi” il “Qarabağ”ın qarşılaşmasını, ya xaricdə çıxış etdiyim komanda yoldaşlarımı dəvət edib ulduzlar oyunu keçirilməsini, ya da milli ilə birlikdə nəsə etmək istəyirik”.

 

“Qarabağ”ın müdafiəçisi karyerasını bitirməsi ilə bağlı suala isə belə cavab verib: “Bu barədə may ayında, mövsümün sonunda daha dəqiq danışa bilərik, ancaq böyük ehtimalla daha bir mövsüm oynayacam”.

0