Yunanıstanda kütləvi dava: Azarkeşlər polisə hücum etdilər
16.02.2017 - 22:10
Yunanıstanda kütləvi dava: Azarkeşlər polisə hücum etdilər

Bu gün Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində PAOK Salonikidə “Şalke”ni qəbul edəcək. Apasport.az saytının məlumatına görə, oyunöncəsi qonaq azarkeşlərlə yunan polisi arasında gərginlik yaşanıb.

 

Yerli polisin yaydığı məlumata görə, alman azarkeşlər qanun keşikçilərinə daş və fişəng atıblar. Polis azarkeş kütləsini yalnız gözyaşardıcı qaz tətbiq edərək dağıda bilib.

 

Bu gün saat 00:05-də başlayacaq PAOK - “Şalke” oyununu izləmək üçün 400-ə yaxın alman azarkeşin Salonikiyə gəldiyi deyilir.

 

Qeyd edək ki, PAOK Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olub.

0