[b]“Barselona” Luis Enrike ilə bağlı qərarını açıqladı[/b]
20.02.2017 - 09:25
[b]“Barselona” Luis Enrike ilə bağlı qərarını açıqladı[/b]

“Barselona”da baş məşqçi məsələsinə aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu Luis Enrike ilə yollarını ayırmağa hazırlaşmır.

 

Bunu klub prezidenti Jozep Bartomeu jurnalistlərə açıqlamasında deyib. Prezident hətta hazırkı çalışdırıcı ilə yeni müqavilə imzalayacaqlarını da vurğulayıb: “Biz Luis Enrike ilə apreldə danışıqlara başlayacağıq. Klubun hədəfi onunla yeni müqavilə imzalamaqdı. Bizim B planımız yoxdu”.

 

Bartomeu komandanın vitse-kapitanı Lionel Messi məsələsinə də toxunub. O bildirib ki, argentinalı da komandada qalacaq: “Azarkeşlər arxayın ola bilərlər. Leo burda qalmaq istəyir və heç yerə də getməyəcək. Danışıqlar müsbət məcrada gedir”.

0