[b]Bundestim Bakıya debütantla gəlir - FOTO[/b]
20.02.2017 - 09:57
[b]Bundestim Bakıya debütantla gəlir - FOTO[/b]

“Leypsiq”in hücumçusu Timo Verner Bakıya gələcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

 

Bildirilir ki, Verner gələn ay DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Almaniya yığmasının Bakıya gələcək heyətində yer alacaq. Bundesliqanın XXI turunda baş tutan “Borussiya” (Mönhenqladbax) – “Leypsiq” görüşünü izləyən Bundestimin baş məşqçisi Yoahim Löv gənc forvardın çıxışından məmnun qalıb.

 

“Leypsiq”in 2:1 hesabı ilə qələbə qazandığı görüşdə 21 yaşlı oyunçu 1 qol və 1 assistlə yadda qalıb. Bununla cari mövsümdəki qollarının sayını 12-yə çatdıran Verner məhz yığmamızla oyunda debüt etmək imkanı qazanacaq.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

0