[b]Qurbanovlu “Qarabağ”: 200-ü buraxdı, 50-ci dəfə uduzdu[/b]
20.02.2017 - 12:57
[b]Qurbanovlu “Qarabağ”: 200-ü buraxdı, 50-ci dəfə uduzdu[/b]

Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” ilə oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün xoşagəlməz yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi 45 yaşlı mütəxəssisin rəhbərliyi altında çempionatda 50-ci dəfə uduzub.

 

Belə ki, 0:2 hesablı səfər yenilgisinədək “Qarabağ” baş məşqçisini 49 dəfə məyus etmişdi. 2008-ci ildən əyalət klubuna başçılıq edən Qurbanov 9 ildə komandasını 277 çempionat matçına çıxarıb. Bu görüşlərdə 156 dəfə qələbəyə şahid olan çalışdırıcı 71 heç-heçə də izləyib.

 

Sergey Zenyovun qolu mütəxəssisə üzüntü bəxş edən 200-cü top olub. 402 qol vuran Qurbanovun yetirmələri iki dəfə az - 201-ni buraxıb.

0