[b]“Zirə”nin qapıçısı “dördlük”dən ayrı düşdü[/b]
21.02.2017 - 14:30
[b]“Zirə”nin qapıçısı “dördlük”dən ayrı düşdü[/b]

Azərbaycan Premyer Liqasında əvəzolunmaz futbolçuların sayı dəyişib. Apasport.az saytının məlumatına görə, buna XIX turun oyunları səbəb olub.

 

Belə ki, əvvəlki 18 turda əvəzolunmadan “Zirə”nin qapısını qoruyan Anar Nəzirovun seriyası qırılıb. O, “İnter”lə görüşdə yalnız 74 dəqiqə meydanda olub. Buna səbəb onun qırmızı vərəqə ilə meydandan qovulmasıdı.

 

Hərçənd bu turadək Anar bütün görüşlərdə 90 dəqiqə forma geyinən 4 oyunçudan biri idi. İndi isə bu siyahıda üç futbolçu qalıb.

 

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı, “Sumqayıt”ın qolkiperi Fərhad Vəliyev bütün qarşılaşmalarda çıxış edib. Sahə oyunçularından yalnız “Kəpəz”in üzvü Şəhriyar Rəhimov 1710 dəqiqə meydanda olub. 

0