[b]Çempionlar Liqasında görünməmiş məhsuldarlıq[/b]
22.02.2017 - 09:25
[b]Çempionlar Liqasında görünməmiş məhsuldarlıq[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Mançester Siti” – “Monako” oyunu yarışın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 5:3 hesabı ilə qalib gəldiyi matç turnirin pley-off mərhələlərində ən məhsuldar ilk oyun olub.

 

Cavab qarşılaşmalarında daha çox qolun qeydə alındığı görüşlər olsa da, ilk matçlarda 8 top vurulmamışdı.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 15-də keçiriləcək.

0