[b]31 ölkə Azərbaycana gəlməsini təsdiqlədi[/b]
22.02.2017 - 11:53
[b]31 ölkə Azərbaycana gəlməsini təsdiqlədi[/b]

Cüdo üzrə Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinə qatılacaq ölkələrin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, martın 10-12-də baş tutacaq yarışda iştirak edəcək yığmaların sayı 32-yə çatıb.

 

Belə ki, artıq ölkəmizlə yanaşı, Belçika, Bosniya və Hersoqovina, Braziliya, Bolqarıstan, Çin Taypeyi, Kolumbiya, Xorvatiya, Çexiya, Estoniya, Gürcüstan, Böyük Britaniya, Qvenea-Bissau, Macarıstan, İran, İsrail, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Hollandiya, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan və Venesuela “Böyük Dəbilqə”yə qatılacağını təsdiqləyib. Azərbaycana gələcək 31 komanda 193 (126 kişi, 67 qadın) sifariş edib.

 

Yarışda iştirakçıların sayının artması istisna edilmir.

 

0