[b]Kamran Ağayevə oynamaq qadağan edildi[/b]
22.02.2017 - 15:22
[b]Kamran Ağayevə oynamaq qadağan edildi[/b]

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev “Boavişta”nın növbəti matçında iştirak etməyəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Portuqaliya mətbuatı yayıb.

 

Cəza müddəti bitdikdən sonra əsas heyətdəki yerini itirən 31 yaşlı qolkiper dünən tibbi müayinədən keçib. Məhz müayinə zamanı Ağayevdə əzələ ağrısı müşahidə edilib. Həkimlər onun həftəsonu XXIII tur matçında start heyətində meydana çıxmamasını məsləhət görüblər. Millimizin üzvü ən yaxşı halda ehtiyat oyunçular skamyasında oturacaq.

 

Qeyd edək ki, “Boavişta” növbəti tur çərçivəsində fevralın 26-da “Porto”nu qəbul edəcək.

0