[b]“Bursaspor” Dəniz Yılmazı bağışlasa da...[/b]
23.02.2017 - 20:40
[b]“Bursaspor” Dəniz Yılmazı bağışlasa da...[/b]

Milli komandamızın hücumçusu Dəniz Yılmazın cəzası bəlli olub. Apasport.az saytının məlumatına görə, “Bursaspor”un heyətində “Kayserispor”la oyunda rəqibinə qəsdən xəsarət yetirdiyi üçün qırmızı vərəqə alaraq meydan qovulan futbolçu haqqında Nizam İntizam Komitəsi qərarını verib.

 

Belə ki, Yılmaz qarşıdakı iki oyunda komandasına kömək edə bilməyəcək. O, fevralın 24-də “Kasımpaşa” ilə səfər və martın 4-də “Qaziantepspor”la ev oyunlarını kənardan izləməli olacaq.

 

Qeyd edək ki, məlum hərəkətə görə, klub rəhbərliyi tərəfindən komandadan uzaqlaşdırılan hücumçu bu gün baş məşqçi və rəhbərliyin ortaq qərarı ilə bağışlanaraq komandaya qoşulub.

0