[b]Qvardiolanın tələbi: yaşı 30-u keçməsin[/b]
24.02.2017 - 13:06
[b]Qvardiolanın tələbi: yaşı 30-u keçməsin[/b]

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın transfer hədəfləri müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis klub rəhbərliyindən yayda 4 oyunçunun alınmasını istəyib.

 

Qvardiolanı ən çox narahat edən mövqe müdafiənin cinahlarıdı. “Şəhərlilər” yay fasiləsində əsasən bu mövqeləri gücləndirməyə çalışacaq. Klubun idman direktoru Çiki Beqiristaynla görüşən Qvardiola ondan yaşı 30-a çatmayan 4 futbolçu ilə danışıq aparmağı istəyib. Onun hədəfində olan oyunçular Ektor Bellerin (“Arsenal”), Xuan Bernat (“Bavariya”), Xose Qaya və Joau Kanseludu (hər ikisi “Valensiya”).

 

Premyer Liqa təmsilçisi adıçəkilən oyunçulardan ikisini heyətinə cəlb etməyə çalışacaq.

0