[b]Dieqo Simeone: Qurban Qurbanova hələ çox var[/b]
27.02.2017 - 10:03
[b]Dieqo Simeone: Qurban Qurbanova hələ çox var[/b]

İspaniya “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone yubiley qeyd edib. Apasport.az saytının məlumatına görə, mütəxəssis Madrid klubunu 300-cü oyuna çıxarıb.

 

Onun üçün yubiley oyununda yetirmələri “Barselona”ya məğlub olub – 1:2. Bu, 2012-ci ilin yanvarından baş məşqçi postunda olan Simeone üçün 62-ci məğlubiyyət olub. 61 heç-heçəsi də olan çalışdırıcı 187 qələbəyə sevinib. Mütəxəssis 521 vurulan, 221 buraxılan qola şahidlik edib.

 

Klubun tarixinin rekordçusu isə Luis Araqonesdi. O, paytaxt təmsilçisinə 612 matçda rəhbərlik edib.

 

Müqayisə üçün qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında çalışan klubların məşqçiləri arasında rekord Qurban Qurbanova məxsusdu. 45 yaşlı mütəxəssis “Qarabağ”ı 381 matça çıxarıb.

 

Oyun sayında Simeonedən xeyli öndə qərarlaşan həmyerlimiz 208 qələbə qazanıb, 101 heç-heçə edib və 72 dəfə uduzub. Bu matçlarda top fərqi 547-282-di. O, 2008-ci ildən indiki klubundadı.

 

Qeyd edək ki, Simone “Atletiko”da 5 titul qazanıb. Madridlilər 2012-ci ildə Avropa Liqası və Superkuboku, 2013-cü ildə ölkə kuboku, bir il sonra isə İspaniya çempionluğu və Superkuboku.

0