[b]“Kastro Azərbaycanla oyuna çağırılmalıdı”[/b]
27.02.2017 - 11:01
[b]“Kastro Azərbaycanla oyuna çağırılmalıdı”[/b]

Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla oyunöncəsi Bundesliqa matçlarını izləməkdə davam edir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis XXII tur çərçivəsində keçirilən “Frayburq” – “Borussiya” (Dortmund) qarşılaşmasını tribunadan izləyib.

 

Qonaqların 3:0 hesabı ilə qalib gəldikləri görüşdə Lövün ən çox bəyəndiyi futbolçunun “Borussiya”nın yarımmüdafiəçisi Qonzalo Kastronun olduğu bildirilib. Bununla bağlı açıqlama verən klubun idman direktoru Mixael Zorç oyunçularının yığmaya layiq olduğunu söyləyib: “Qonzalo oyundan-oyuna daha yaxşı çıxış edir. Fikrimcə, hazırkı durumda milliyə çağırılmalıdı. Ən azı dəvət edib seçmə mərhələnin növbəti oyununda ona bir neçə dəqiqə şans vermək olar. Qonzalo buna layiqdi. Amma təbii ki, bu barədə son qərarı baş məşqçi verir”.

 

Bu mövsüm Bundesliqada keçirdiyi 17 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Qonzalo Kastro Almaniya millisinin heyətində sonuncu dəfə 2007-ci ildə meydana çıxıb.

 

Qeyd edək ki, martın 22-də Dortmundda yoldaşlıq görüşü çərçivəsində İngiltərəni qəbul edəcək Bundestim 4 gündən sonra Azərbaycan yığmasının qonağı olacaq.

0