[b]Tərlan Əhmədov öz ampluasında[/b]
27.02.2017 - 16:26
[b]Tərlan Əhmədov öz ampluasında[/b]

Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi” ilə oyun AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun ürəyincə keçmir. Apasport.az saytının məlumatına görə, komandasının hesabda geridə olduğu matçda Əhmədov olduqca əsəbi görünür.

 

“AZAL Arena”da baş tutan oyunun birinci hissəsində epizodların birində baş hakim Ömər Paşayevin qərarına sərt şəkildə etiraz edən çalışdırıcı “Ömər, imkan ver oynasınlar”, deyərək, qışqırıb.

 

Amma Əhmədov təkcə hakimlərdən narazı deyil. O, eyni zamanda öz yetirmələrinin çıxışından da məmnun görünmür. Epizodların birində Kamil Hüseynovun üstünə qışqıran baş məşqçi ondan səssiz qalmamağı, komanda yoldaşları ilə danışmağı istəyirdi.

 

Hissənin sonlarında isə AZAL-ın hücumu zamanı Kamal Mirzəyevə qarşı kobudluq olsa da, referi üstünlüyə buraxmaq qərarına gəlib. Oyunçunun yerdə qaldığını görən Əhmədov qışqıraraq, ondan qalxmağı tələb edib.

 

Qeyd edək ki, hazırda fasilə olan AZAL – “Neftçi” oyununda qonaqlar 1:0 hesabı ilə öndədi.

0