[b] 435 gündən sonra[/b]
27.02.2017 - 16:55
[b] 435 gündən sonra[/b]

Azərbaycan yığmalarının sabiq futbolçusu Samir Məsimov Premyer Liqaya qayıdıb. Apasport.az saytının məlumatına görə, AZAL-a keçən yarımmüdafiəçi “Neftçi”ylə bugünkü matçın gedişində meydana daxil olub.

 

O, Azərbaycan çempionatına 435 gündən sonra dönüb. Samirin son matçı 2015-ci il dekabrın 20-nə təsadüf edib. Həmin gün onun çıxış etdiyi “Neftçi” səfərdə “Kəpəz”lə heç-heçə edib – 1:1.

 

Məsimovun son rəsmi matçı isə 289 gün əvvəl olmuşdu. Sloveniyada “Domjale”nin şərəfini qoruyan futbolçu bu ölkənin çempionatında “Selye”yə qarşı forma geyinib. O, ötən il mayın 14-də 0:3 hesablı məğlubiyyətə şahid olub.

0