[b]“Neftçi”dən darmadağın[/b]
27.02.2017 - 18:02
[b]“Neftçi”dən darmadağın[/b]

Kişi voleybolçular arasında Azərbaycan çempionatında III dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, XI turun ilk qarşılaşmasında “Nəqliyyatçı” “Lokomotiv”lə üz-üzə gəlib.

 

Matç “dəmiryolçular”ın asan qələbəsi ilə yekunlaşıb. Onlar rəqiblərini set vermədən məğlub ediblər.

 

Günün digər – “Neftçi” – MOİK matçında da qalib 3 setin yekununda müəyyənləşib. Lider “hərbiçilər”dən çox güclü olduğunu sübuta yetirib. Onlar hətta son hissəni 18 top irəlidə bitiriblər.

 

“Sumqayıt” voleybolçuları isə yarışdan imtina etdiyindən “Naxçıvan”a texniki qələbə verilib.

 

Beləliklə, XI turdan sonra turnir cədvəlində dəyişiklik olmayıb. Yalnız “Naxçıvan” MOİK-lə xal fərqini azaldıb.


III dövrə

27 fevral

XI tur

“Nəqliyyatçı” - “Lokomotiv” – 0:3 (21:25, 17:25, 12:25)

“Neftçi” - MOİK – 3:0 (25:12, 25:10, 25:7)

“Naxçıvan” – “Sumqayıt” – 3:0 (25:0, 25:0, 25:0)

 

 

 

O

Q

M

S

X

1

“Neftçi”

11

10

1

32-5

31

2

“Lokomotiv”

11

10

1

31-6

29

3

MOİK

11

5

6

16-23

16

4

“Naxçıvan”

11

5

6

20-22

15

5

“Nəqliyyatçı”

11

2

9

11-27

8

6

“Sumqayıt”

11

0

11

0-33

0

 

 

0