[b]“İndiki halda bizə əsas nəticə lazımdı” – Məqsəd İsayev[/b]
27.02.2017 - 19:30
[b]“İndiki halda bizə əsas nəticə lazımdı” – Məqsəd İsayev[/b]

Azərbaycan Premyer Liqasının XX turunda AZAL-ı səfərdə minimalhesabla məğlub edən “Neftçi” qış fasiləsindən sonra yaxşı çıxışını davam etdirir. “Ağ-qaralar”ın müdafiəçisi Məqsəd İsayev oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında fikirlərinizi bildirin...

- Yaxşı oyun olmasa da, qələbə qazandıq. Buna da çox sevinirik. Çünki indiki halda bizə əsas nəticə lazımdı. Bu meydançada oynamaq bir az çətindi. Çalışacağıq ki, qarşıdakı matçlarda da qələbə qazanaq. Ayın 5-də “Zirə” ilə matçımız var. Azarkeşlərimizə də təşəkkür edirik ki, soyuq havada bizə dəstək oldular. Çünki onlara çox ehtiyacımız var.

 

- Yaxşı oynamamağınızın əsas səbəbi təkcə meydança amilidi, yoxsa...?

- Tamamilə meydança ilə əlaqəlidi. Normal stadionda daha yaxşı oyun göstərə bilərik.

 

- Sizcə, “Kəpəz”lə oyunda daha yaxşı çıxış etmişdiniz?

- Bəli. Gəncəlilərlə matçda daha yaxşı oynamışdıq. Bugünkü oyunda meydança amili öz sözünü dedi.

 

- Necə düşünürsən, bu oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi? Çünki AZAL-ın da kifayət qədər qol vəziyyətləri oldu...

- Onların da, bizim də qol vəziyyətlərimiz oldu. Sonuncu dəqiqədə Namiq Ələskərov yaxşı epizodda fərqlənə bilmədi. O da qol olsaydı, 2:0 olacaqdı. Qismət belə imiş.

 

- Dördüncü yerdə gedən komandaların görüşlərini izləyirsiz?

- Biz sona qədər vuruşub mübarizə aparacağıq. Məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdı.

 

- Çempionata daha çox diqqət ayırmısız, ya kuboka?

- Hər ikisi də vacibdi bizim üçün.

0