“Neftçi” estoniyalı futbolçu Dmitri Kruqlovla müqavilənin müddətini artırmaq istəyir
02.04.2008 - 12:01
“Neftçi” estoniyalı futbolçu Dmitri Kruqlovla müqavilənin müddətini artırmaq istəyir
Bakı. Mehman Süleymanov-APA-Sport. “Neftçi” klubu estoniyalı legioneri Dmitri Kruqlovla müqaviləsinin müddətini uzatmaq istəyir. Bu barədə “APA-Sport” agentliyinə açıqlamasında klubun vitse-prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, 24 yaşlı futbolçuya yeni anlaşma təklif edilib: “Kruqlova üç gün vaxt vermişik. Biz onu qarşıdakı mövsümlərdə də komandamızda görmək istəyirik. Üç illik müqavilə təklif etdiyimiz cavab vermək üçün Kruqlova üç gün vaxt vermişik”.
Estoniya yığmasının üzvü olan D.Kruqlov “Neftçi”də keçirdiyi 5 oyunda 2 qol vurub.
0