[b]"Telekom"dan məğlubiyyətlə vida - YENİLƏNİB[/b]
28.02.2017 - 18:10
[b]"Telekom"dan məğlubiyyətlə vida - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsinin son matçları keçirilir. Apasport.az saytının məlumatına görə, “Telekom” qitənin ən nüfuzlu klub turnirinin VI turunda İtaliya “Konegliano”sunu qəbul edib.

 

Qarşılaşma qonaqların asan qələbəsi ilə başa çatıb. “Dördlər finalı”na ev sahibliyi edəcək A seriyasının çempionu Bakı təmsilçisinə set vermədən qalib gəlib.

 

Belə ki, ilk setdə 12 top fərqi ilə uduzan “Telekom” ikinci hissədə daha zəif təsir bağışlayıb. Bundan məharətlə yararlanan trevizolular fərq 2-yə çatdırıblar. Üçüncü set isə sonuncu olub. Zoran Qayiçin yetirmələri hissənin əvvəlində öndə olsalar da, yenidən təşəbbüsü əldən veriblər. Rəqib 3:0 hesablı qələbəyə sevinib.

 

Beləliklə, “Telekom” Çempionlar Liqasında çıxışını başa vurub. Qrupda sonuncu yerdə qərarlaşan Super Liqanın gümüş medalçısının 6 oyunda “qazancı” cəmi 2 set olub. 

 

28 fevral

Qrup mərhələsi, VI tur

 

A qrupu

“Telekom” (Azərbaycan) – “Konegliyano” (İtaliya) - 0:3 (13:25, 9:25, 16:25)

Hakimlər: Mario Bernaola (İspaniya), Mirko Yankoviç (Serbiya)

Bakı. “Sərhədçi” Olimpiya İdman Mərkəzi

 

 

1

Modena (İtaliya)

5

4

1

14-7

495-457

12

2

Konegliyano (İtaliya)

6

4

2

16-10

566-525

12

3

Ximik (Polşa)

5

3

2

12-9

458-416

9

4

Telekom (Azərbaycan)

6

0

6

2-18

380-501

0

0