[b]Cüdoçularımızdan uğurlu start - FOTOSESSİYA[/b]
04.03.2017 - 22:50
[b]Cüdoçularımızdan uğurlu start - FOTOSESSİYA[/b]

Bu gün Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

 

Yeniyetmə cüdoçularımız 3 qızıl və 1 bürünc medal qazanıb.

 

Ölkəmizi təmsil edən Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) qızıl medala, Rüfət Məmmədov (60 kq) bürünc medala sahib olub.

 

Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparır.

0