[b]Futbolda qəribə mərc: məğlub olan həyat yoldaşından imtina etməlidi[/b]
07.03.2017 - 15:16
[b]Futbolda qəribə mərc: məğlub olan həyat yoldaşından imtina etməlidi[/b]

Dünya futbolunda qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Afrikada azarkeşlər futbol sevgisini həyat yoldaşlarından üstün tutublar.

 

Məsələ burasındadı ki, Tanzaniya çempionatında keçirilən “Yanq Afrikans” – “Simba” görüşü öncəsi hər iki komandanın azarkeşi arasında mübahisə düşüb. Fanatlar çıxış yolunu mərcə girməkdə görüblər və öz aralarında razılıq əldə ediblər. Həmin anlaşmada isə belə yazılıb: Məğlub olan komandanın azarkeşi həyat yoldaşından imtina etməli və ondan ayrılmalıdı.

 

Onların bu anlaşma mətnini sosial şəbəkədə yaymaları hər kəsi şoka salıb.

 

Qarşılaşma isə “Simba”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

0