[b]İslamiada: Banqladeş 31 idmançı ilə gəlir[/b]
16.03.2017 - 10:43
[b]İslamiada: Banqladeş 31 idmançı ilə gəlir[/b]

Banqladeş Olimpiya Assosiasiyası IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılarının sayını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi mayın 12-22-də Bakıda keçiriləcək yarışa 31 atletlə gələcək.

 

Komanda 8 idman növündə gücünü sınayacaq. Banqladeşlilər atletika, atıcılıq, ağırlıqqaldırma, üzgüçülük, güləş, gimnastika, karate və zorxana üzrə yarışlarda nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.

 

Həmçinin bildirilir ki, idmançılar yanvardan İslamiadanın hazırlıqlarına start veriblər. 

0