[b]"Lokomotiv" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB[/b]
16.03.2017 - 18:52
[b]"Lokomotiv" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək dəstəsinin pley-off mərhələsinin ilk dövrəsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, II tura “Naxçıvan” – MOİK matçı ilə start verilib.

 

Qarşılaşma Aleksandr Çyornının yetirmələrinin qələbəsi ilə başa çatıb. İlk hissəni 9 top öndə bitirən “Naxçıvan” növbəti seti də hesabına yazıb – 25:17.

 

Üçüncü hissə daha gərgin alınıb və bu dəfə MOİK fərqi azaldıb. Buna baxmayaraq, “Naxçıvan” 4-cü setdə matçın taleyini həll edib. Onlar görüşü 3 xalla bitiriblər.

 

Günə “Lokomotiv” - “Neftçi” dueli ilə yekun vurulub. Çempionatın əsas hissəsinin liderlərinin oyununun 5 set davam edəcəyi gözlənilirdi. Lakin görüş düşünüləndən erkən başa çatıb. Belə ki, "Lokomotiv" ardıcıl 3 setdə rəqibinə heç bir şans verməyərək, 3:0 hesablı qələbəyə sevinib. Maraqlıdı ki, hər üç setdə "Neftçi" yalnız 21 xal toplamaqla kifayətlənib.

 

Pley-off mərhələsi, I dövrə

II tur
16 mart

“Lokomotiv” – “Neftçi” - 3:0 (25:21, 25:21, 25:21)

“Naxçıvan” – MOİK – 3:1 (25:16, 25:17, 25:27, 25:21)

 

 

N

Komanda

O

Q

M

S

T

X

1

“Lokomotiv”

2

2

0

6-0

150-114

6

2

“Neftçi”

2

1

1

3-3

138-127

3

3

“Naxçıvan”

2

1

1

3-4

151-156

3

4

MOİK

2

0

2

1-6

133-175

0

 

0