[b]Püşk nəhəngləri üz-üzə qoydu- YENİLƏNİB[/b]
17.03.2017 - 15:13
[b]Püşk nəhəngləri üz-üzə qoydu- YENİLƏNİB[/b]

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünüb.

 

Bu mərhələdə 5 ölkə, yalnız “Böyük beşlik” təmsilçisi çıxış edir. Belə ki, 1/4 finalda İspaniya 3, Almaniya 2, Fransa, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə təmsil olunacaq.

 

Kor püşk nəhəngləri üz-üzə qoyub. Belə ki, “Bavariya” ilə “Real”, “Yuventus”la “Barselona” bir-birinə rəqib olub.

 

 

Çempionlar Liqası

1/4 final

(11/12 və 18/19 aprel)

“Atletiko” (İspaniya) - “Lester” (İngiltərə)

“Borussiya” (D, Almaniya) - “Monako” (Fransa)

“Bavariya” (Almaniya) - “Real” (İspaniya)

“Yuventus” (İtaliya) - “Barselona” (İspaniya)

0