[b]“Real” və “Bavariya” 23-cü dəfə...[/b]
17.03.2017 - 17:03
[b]“Real” və “Bavariya” 23-cü dəfə...[/b]

Çempionlar Liqasının əsas favoritləri “Bavariya” və “Real” 1/4 final mərhələsində üz-üzə gələcəklər. Apasport.az saytının məlumatına görə, dünya nəhəngləri ilk dəfə deyil ki, bu turnirdə bir-birilərinə rəqib olurlar.

 

Belə ki, adıçəkilən komandalar indiyə qədər 22 dəfə qarşılaşıblar. Bunun 10-da tərəflər pley-off mərhələlərində münasibətlərinə aydınlıq gətiriblər. Maraqlıdı ki, həm “Bavariya”, həm də “Real” 5 dəfə rəqibini mübarizədən kənarlaşdırıb.

 

Qeyd edək ki, ¼ final mərhələsinin oyunları aprelin 11-12-də, cavab qarşılaşmaları isə 18-19-da keçiriləcək.

0