[b]Kamran Ağayev “18-liy”ə düşmədi, Emin Mahmudov 9 dəqiqə oynadı[/b]
18.03.2017 - 10:22
[b]Kamran Ağayev “18-liy”ə düşmədi, Emin Mahmudov 9 dəqiqə oynadı[/b]

Portuqaliya Premyer Liqasında XXVI tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi “Boavişta” növbəti matçına çıxıb.

 

Komanda bu dəfə çempionatın autsayderlərindən olan “Eştoril”in qonağı olub. 0:0 hesabı ilə başa çatan matçda Kamran heç “18-liy”ə də düşməyib. Görüşə ehtiyat oyunçular skamyasından başlayan Emin isə 81-ci dəqiqədə Fabio Espinyonu əvəz edib və 9 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran “Boavişta” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.

0