[b]Milli üzvünün qolu qələbəyə bəs etmədi[/b]
19.03.2017 - 19:09
[b]Milli üzvünün qolu qələbəyə bəs etmədi[/b]

Almaniya II Bundesliqasında XXV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçını keçirib.

 

“Bənövşəyilər” səfərdə “Bohum”la qarşılaşıblar.

 

Milli üzvünün 90 dəqiqə meydanda olduğu görüşdə qonaqlar qələbəni əldən veriblər. Belə ki, görüşün 11-ci dəqiqəsində penalti zərbəsi ilə hesabı açan Nazarov komandasını önə keçirib.

 

Ancaq qələbə üçün bu, yetərli olmayıb. 62-ci dəqiqədə Vurtz meydan sahiblərinə bir xal qazandıran qola imza atıb.

 

Qeyd edək ki, 25 oyundan sonra aktivində 23 xal olan “Aue” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. 

0